XƏBƏR LENTİ

04 Mart 2021
03 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2017 - 23:30

Dövlət Təhlükəsizliyi Komitəsi daha 10 məmuru qandalladı –Belarusda

Minsk şəhəri İcra Hakimiyyətinin 10 vəzifəli şəxsi  rüşvət almaqda şübhəli bilinərək  Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında Minsk İH İstehlak Bazarına Nəzarət Baş İdarəsinin rəhbəri Sergey Boriseviç də var.  

Saxlanılanlar meriyanın tabeliyində olan müəssisələrlə müqavilələrin bağlanılması zamanı (malların artırılmış qiymətlərlə alınmasına dair) məsələlərin müsbət həlli üçün fərdi təsərrüfat subyektlərindən böyük məbləğdə rüşvət almaqda şübhəli bilinirlər.