XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 10:11

Zaur Dadayev özünə və qətl iştirakçılarına qarşı ifadə verib

Boris Nemtsovun qətli üzrə məhkəmə istintaqı başlanıb

Картинки по запросу заур дадаев борис немцов

Boris Nemtsovun qətli işində əsas fiqur olan Zaur Dadayev özünə və digər saxlananlara qarşı ifadə verib.

Strateq.az Rosbalt.ru-ya isnadən bildirir ki, bunu Moskva şəhər məhkəməsində çıxş edən Rusiya İstintaq Komitəsinin təmsilçisi deyib.

Onun sözlərinə görə, “Bahayevin cinayətə bağlılığı təqsirli bilinən Zaur Dadayevin ifadəsi ilə təsdiq olunur”.

Siyasətçi Boris Nemtsovun qətlinə görə adı keçən beş nəfərin hamısı Müvvəqəti İstintaq Təcridxanasından video vasitəsilə Moskva şəhər məhkəməsinin bu günki iclasında iştirak edir. Məhkəmə bu gün ittiham edilənlərin həbsindən şikayət barədə vəkillərin şikayətlərini nəzərdən keçirdir.

İş üzrə beş nəfər – Zaur Dadayev, Anzor Qubaşov, onun qardaşı Şadid, Hamzat Bahayev və Tamerlan Əskərxanov həbs olunub.

Siyasətçi Boris Nemtsov fevralın 27-də axşam Moskvada Qızıl Meydanın yaxınlığında öldürülüb.