XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Aprel 2017 - 15:32

Gömrükdə əməliyyat:9600 ədəd siqaret müsadirə olundu

Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21124” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd “NZ Gold Compact” və 2000 ədəd “Portal Gold” markalı, ümumilikdə 4800 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.