Ötən gün 22 saylı məktəbdə baş verən qida zəhərlənməsi nəticəsində xəstəxanaya yerləşdirilən 10 şagirdin hamısı evə buraxılıb.
5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasından APA-ya verilən xəbərə görə, zəhərlənən məktəblilər bu gün təkrar müayinə edilib, vəziyyətləri stabil olduğundan hamısı evə yazılıb