XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 10:59

Qazaxda ağır yol qəzası- Ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində “Mitsubishi” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Azərtac FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər. “Opel” markalı minik avtomobilində xəsarət alaraq sıxılmış vəziyyətdə qalan üç nəfər və 1992-ci il təvəllüdlü İsmayılova Səadət Məcid qızının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 23:01-də başa çatıb.