XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 10:58

10-cu sinif şagirdi özünü öldürmək istədi –Prokurorluq araşdırma aparır

Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib. 

Hadisə ötən gecə rayonun Cardam kəndində qeydə alınıb. 

Kənd sakini, 2002-ci il təvəllüdlü Salehov Tunar Bayram oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Valideynləri hadisədən tez xəbər tutduqları üçün onu xilas edə biliblər. Tunar Salehov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Cardam kənd orta məktəbin 10-cu sinif şagirdi olan T.Salehovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

APA