XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 12:20

Bakıda “təcili yardım”ın sürücüsü və tibb bacısı döyüldü –Təfərrüat

Paytaxtda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb.

Hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, “103” çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus “təcili yardım” avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Mənzil başına çatan stansiya əməkdaşları xəstənin yaxınları tərəfindən qarşılanıb. Ardınca onlar vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də sürücünü döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü sürücü Hacıyev Rizvan Rüfət oğlu və 1972-ci il təvəllüdlü tibb bacısı Həsənova Ləman Elman qızı hadisə yerinə çağırılan digər “təcili yardım” maşını ilə xəstəxanaya aparılıblar.

Zərərçəkmişlər ilkin dindirilmə zamanı hadisə yerinə gecikdikləri üçün döyüldüklərini bildiriblər.

Hadisə yerində dünyasını dəyişən 1941-ci il təvəllüdlü İmanov Pirməmməd İman oğlu onkoloji xəstəlikdən əziyyət çəkib. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Report