XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 14:43

“Rabitə işi”:təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə gəlməyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Məmmədovun vəkilləri – Vüqar Xasayev və İmaməli Əsgərovun məhkəməyə gəlmədiyi elan olunub.

Hakim təqsirləndirilən şəxsin zalda olan yaxınlarından müdafiəçilərin məhkəməyə nə üçün gəlmədiklərini soruşub. E.Məmmədovun yaxınları isə hər iki vəkilin qohumlarının rəhmətə getdiyini deyib.

Məhkəmə heyəti 5 dəqiqəlik müşavirə otağına yollanıb. Müşavirədən sonra hakim Ə.Hacıyev bildirib ki, Vəkillər Kollegiyası ilə əlaqə saxlanılıb: "Emin Məmmədovun iki vəkilindən heç olmasa biri məhkəmədə iştirak etməli idi. Buna görə də günün ikinci yarısına qədər məhkəmədə fasilə elan olunur".

Günün ikinci yarısında keçirilən prosesdə vəkillərin yenə də məhkəməyə gəlmədiyi elan olunub.

Proses aprelin 28-dək təxirə salınıb.