XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 21:27

Faiq Əmirlinin vəkilləri istintaqavəsatət verib

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin vəkilləri Baş Prokuror yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə vəsatət qaldırıb.

Bu barədə Trend-ə F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, vəsatət müstəntiqə təqdim edilib: "Faiq Əmirlinin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb və materiallarla tanış oluruq. Cinayət işindəki ittihamlar sübuta yetirilmədiyi üçün cinayət işinə xitam verilməsi və Faiq Əmirlinin azadlığa buraxılması barədə istintaqa vəsatət təqdim etmişik. İstintaq vəsatətə baxmalı və iş məhkəməyə göndərilənə qədər qərar qəbul etməlidir. Hazırda qərarı gözləyirik".

F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.