XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 13:05

Sumqayıt polisindən Novxanı bağlarında əməliyyat –1 nəfər saxlanıldı, tüfəng və qumbara aşkarlandı

Sumqayıt polisi Novxanı bağlarında əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əldə edilən məlumat əsasında Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Novxanı bağlar sahəsində yaşayan Bünyad Əliyevin evinin həyətinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olan "MR-155" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Əməliyyatla Bünyad Əliyev saxlanılıb. 

Trend