XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Aprel 2017 - 16:25

Bərdədə yararsız at ətimüsadirə edildi (FOTO)

Bərdə rayonunun Qasımbəyli kəndində at əti aşkarlanıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aprelin 27-də alınmış məlumat əsasında DBNX-nin Bərdə Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə rayonun Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi əraziyə baxış keçiriblər. Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, şaqqalara ayrılmış 1 baş at cəmdəyi və heyvan kəsimi üçün lazım olan ləvazımatlar aşkar olunub.

Aşkar edilmiş, şaqqalara bölünmüş hissələrdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Qasımbəyli kənd sakini H.Quliyevə məxsus xüsusi ərazidə aşkar edilən ümumi çəkisi 125 kq olan at cəmdəyi isə müayinələr başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Məlumatda qeyd olunur ki, bu, son zamanlar Bərdə rayonunda aşkarlanan 3-cü belə hadisədir. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcəkdir.