XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2017 - 19:54

İmişlidə ağır yol qəzası:xəsarət alanlar var

İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaradonlu-Məzrəli ərazisində qeydə alınıb.

Belə ki, Məzrəli kənd sakini, 78 yaşlı Arzuman Əliş oğlu Nəsirov idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Nəricədə “Jiquli”nin sürücüsü və avtomobildəki sərnişin, 73 yaşlı Tamella Əliş qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, T.Nəsirova A.Nəsirovun həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.