XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2017 - 11:10

“Sınıq Körpü”də əməliyyat –Gömrükçülər xeyli siqaret müsadirə etdi

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətinə bəyan edilməyən, 3400 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.