Havaya atəş açan Sumqayıt sakinindən ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 2-də Sumqayıt şəhəri Corat bağlar sahəsində şəhər sakini Məzahir Əliyev sərxoş halda ov tüfəngindən havaya 2 dəfə atəş açıb.
M.Əliyev Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan müvafiq sənədləri olan tüfəng götürülüb.