XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2017 - 21:53

Masallıda azyaşlısünnət zamanı ölüb

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.
 
Hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.
 
Belə ki, valideynləri 5 yaşlı Kənan Abutalıb oğlu Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.
 
Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
 
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov "Report"un yerli bürosuna bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir və hazırda xəstəxanada işləmir. Faktla bağlı araşdırma aparılır(report).