XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 17:05

Bakı Apellyasiya Məhkəməsi hakiminin maşını niyə yandı? – Açıqlama

“Mənim maşınımın yandırılması barədə mediada yayılan xəbərlərin heç bir əsası yoxdur”.

Bu sözləri  Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov bildirib.

Mediaya açıqlığı və ictimai həssaslığı ilə fərqlənən dəyərli hakimlərimizdən İkram Şirinov bildirib ki, noyabrın 1-də həqiqətən ona məxsus avtomobildə yanğın baş verib. Yanğının baş vermə səbəbi isə avtomobildə yaranan qısaqapanma olub:

“Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasını da dəvət etdik. Əslində, yanğının qarşısını almışdıq, sadəcə, sığorta məsələlərinə görə FHN rəsmi araşdırma aparıb, rəy verməli idi. Artıq yanğının qısaqapanmadan baş verdiyi də rəsmən təsdiqlənib və rəy verilib”.

Mediaya daim açıq olduğunu bildirən İ.Şirinov belə yanlış məlumatın tirajlanmasından təəssüfləndiyini vurğulayıb: “Təəssüf edirəm ki, texniki nasazlıqdan baş verən xırda bir yanğın təhrif olunmuş şəkildə ictimailəşdirilib. Məlumatı yaymazdan öncə dəqiqləşdirmək, rəsmi qurumlar və ya mənim özümlə əlaqə saxlamaq vacib idi”(Axar.az).

Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinova məxsus “Hunday Santa Fe” markalı, ağ rəngli avtomobilin yanması barədə məlumat yayılıb. Media avtomobilin yandırılması haqda ehtimal da irəli sürüb.