XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2017 - 17:11

Yasamalda 4 qumbara və 32 ədəd müxtəlif növpatron tapılıb

Paytaxtda döyüş tətbiqinə yararlı olan hərbi sursat aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib, məlum olub ki, bunlar, döyüş tətbiqinə yararlı olan, 4 ədəd F1 markalı əl qumbarası və 32 ədəd müxtəlif növ patrondur.

Sursatlar xüsusi ayrılmış ərazidə zərərsizləşdirilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 13:59-da başa çatıb.