XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 18:54

Gömrükdə əməliyyat:xeyli sayda siqaret müsadirə olundu

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına “Opel Astra” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı idarə etdiyi avtomobildə gömrük orqanına mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilib. Həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən predmetin olmadığını bildirib.

Lakin avtomobilə gömrük baxışı keçirilən zaman nəqliyyat vasitəsinin ön oturacaqlarının, ön və arxa ayaqaltılarının altından gömrük nəzarətindən gizlədilən 9200 ədəd “Marlboro”, 1000 ədəd “Golden Amerika”, 600 ədəd “Muratti”, 600 ədəd “Lucky Strike”, 400 ədəd “Camel”, 400 ədəd “Sobranie”, 400 ədəd “Winston” və 400 ədəd “R1” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.