XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2017 - 17:28

DGK Maşallah Əhmədovun İrandan gətirdiyi daşlarla bağlısorğuya cavab verdi

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə məhkəmənin Maşallah Əhmədovun İrandan Azərbaycana gətirdiyi malların rüsumu ilə bağlı Dövlət Gömrük Komitəsinə göndərdiyi sorğuya verilən cavab elan olunub. Komitənin məhkəməyə təqdim etdiyi cavabda göstərilib ki, arxiv məlumatları olmadığı üçün həmin daşların Azərbaycana keçirilməsi rüsumu ilə bağlı komitədə dəqiq məlumat yoxdur.

Proses mayın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. “Neftçi”nin bizneslə məşğul olan keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.