Bakı şəhəri, Nəsimi rayonunda itkin düşmüş 19 yaşlı qızın özünü dənizə atdığı məlum olub.
“Report”un xəbərinə görə, mayın 4-də itkin düşmüş 1998-ci il təvəllüdlü Nailə Məmmədovanın (ad və soyad şərtidir) 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi müəyyənləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, qız intihar məqsədi ilə özünü dənizə atıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.