Xidməti itin reaksiyasına əsasən aparılan yoxlama nəticəsində avtobusda gizlədilən narkotik vasitə tapılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.
Baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun salonunda, sürücü oturacağının arxasından 3-cü sırada olan oturacaqların ətrafı əsaslı yoxlanılıb. Nəticədə, həmin sərnişin oturacaqlarından birinin avtobusun yan divarına tərəf hissəsində bir büküm, xalis çəkisi 8,72 qram olan narkotik vasitə – həşiş qətranı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.