XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 08:51

Rusiyada polis tərəfindən möhkəm döyülən azərbaycanlı qadın – Səfirliyin köməyini rədd edib

“Rusiyada polis tərəfindən döyülən azərbaycanlı qadın Azərbaycanın həmin ölkədəki səfirliyinin köməyindən imtina edib”.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov deyib. Onun sözlərinə görə, Sankt-Peterburqda yaşayan İradə Rəcəbəliyeva onu təhqir edib daha sonra döyən Roman Talpeyeva qarşı məhkəməyə müraciət etdiyi üçün konsulluğun köməyinə ehtiyac duymadı:

“Biz İradə Rəcəbəliyeva və onun ailəsi ilə əlaqə saxladıq. Ailədən bildirdilər ki, artıq bu işi vəkillər vasitəsi ilə təqib edilir. Ona görə də narahatçılığa heç bir əsas yoxdur. Buna görə də, bizim köməyimizi qəbul etmədilər”.

Xatırladaq ki, noyabr ayının 5-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov azərbaycanlılara qarşı törədilmiş cinayətlə əlaqədar həmin ölkənin Baş prokuroru Yuri çaykaya müraciət ünvanlamışdı.

Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunmuşdu.

Xatırladaq ki, hadisə bu ilin iyul ayında baş verib. Roman Talpeyev adlı polis İradənin işlədiyi dükana daxil olaraq, əvvəlcə tərəzini itələyib. Buna etirazını bildirən qadını sonradan döyməyə başlayıb. Hadisənin baş verdiyi ərazinin yaxınlığında yerləşən kafelərində birində olan Rəcəbəliyevanın uşaqları analarının döyüldüyünü görərək, hadisə yerinə qaçıblar. Lakin qadın daha sonra öz ifadəsində uşaqlarının ona yaxın buraxılmadıqlarını deyib:

“Məni söyə-söyə bir polis döyməyə başladı. Digər polis isə uşaqlarımı saxlayaraq, mənə yaxın buraxmırdı. Mən nə baş verdiyini anlamırdım. Daha sonra məni əli qandallı növbətçi hissəyə apardılar”.

Xəsarət almış qadını xəstəxanaya aparıblar və ona sağ gözünün və döş qəfəsinin ağır zədələnməsi diaqnozu qoyulub.

Baş leytenant Roman Talpeyevin isə belə bir addım atmasına səbəb ilə İradənin miqrant olduğu və ölkəsində belə insanların bizneslə məşğul olmağını istəməməsi olub. 

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.