XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2015 - 11:55

Polis əməliyyat keçirdi – 1 kilodan çox heroin aşkarlandı

Azərbaycanda İran vətəndaşından xeyli miqdarda narkotik vasitə götürülüb.

Strateq.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Lətifi Qulamrza Əmirəlidən və Cəlilabad şəhər sakini Elməddin İsbatovdan 1 kiloqram 300 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.