XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2017 - 21:36

Prokuror MTN-nin şöbə rəisinə 15 il cəza və rütbədən məhrum edilməsini istədi –Proses

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İclasda məhkəmə istintaqının başa çatması  barədə qərar elan edilib.

Dövlət ittihamçısı çıxış edib və V. Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin Vüsal Ələkbərovun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəyib.

Növbəti məhkəmə iclası mayın 22-də davam edəcək.

APA