XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2017 - 00:47

Avropa çempionumuz Türkiyədə güllələndi –Eldar Əlizadə reanimasiyaya yerləşdirilib

Türkiyənin Kastamonu şəhərində silahlı insident olub.

Strateq.az BakiPost.az-a istinadən xəbər verir ki, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb.

Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir. Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.

 Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alırmış.