Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Strateq.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2 200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.