XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 18:08

Aqrar universitetinin tələbələri qəzaya düşdü – 13 nəfər xəstəxanalıq oldu

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat qəzası baş verib.

 Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrini daşıyan “Hyundai” markalı avtobusla Bakı-Gəncə marşurutu ilə hərəkət edən “Mercedes” markalı avtobus toqquşub. Qəza zamanı “Hyundai”da olan 13 tələbə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

APA