XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 11:33

Gürcüstandan gətirilən külli miqdarda siqaretmüsadirə olunub

Gürcüstandan gətirilən9800 ədəd siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundaı" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa oturacaqlarının altından və cihazlar panelinin içindən ümumilikdə 8000 ədəd "Winston" və ön oturacağının altından 1800 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.