XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 09:00

Bakıda ilginc olay – Sürücünün başına çəkiclə vurub, maşını qaçırdı

Bakıda taksi sürücüsü naməlum şəxsin hücumuna məruz qalıb.

Hhadisə Lökbatan yolunda qeydə alınıb.

Metronun “Neftçilər” stansiyası yaxınlığında Fuad Şirəliyev Famil oğlunun avtomobilinə oturan müştəri ona Salyana getməli olduğunu söyləyib. Tərəflər razılaşıb, yola düşüblər.

Müştəri Lökbatan yolunda taksini saxlatdırıb, arxa oturacaqda çantasından əşya götürəcəyini söyləyib. Sonra arxa oturacağa keçər-keçməz çantasındakı çəkiclə taksi sürücüsünün başından vurub.

Sürücüyə xəsarət yetirən naməlum şəxs 90 AD 790 dövlət nömrə nişanlı maşını qaçırıb, sahibini isə yolun kənarına atıb. Avtomobilin içində taksi sürücüsünün sənədləri, mobil telefonu və pulu olub.

Məlumatda bildirilir ki, faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır və cinayəti törədən şəxsin axtarışlarına başlanıb(Axar.az).