XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2017 - 15:32

Vidadi Zeynalovun vəkilləriməhkəməyə gəlmədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə V.Zeynalovun vəkillərinin məhkəməyə gəlmədiyi elan olunub.

Təqsirləndirilən şəxs müdafiəçilərinin məhkəməyə nə üçün gəlmədiyindən xəbərsiz olduğunu deyib.

Daha sonra digər təqsirləndirilən M.Məmmədovun vəkili Şahin Rəfiyev buna etirazını bildirib. O qeyd edib ki, əgər müdafiəçilər məhkəməyə gəlməyəcəksə, qabaqcadan xəbərdarlıq edilməlidir.

Proses saat 17:00-a qədər təxirə salınıb.