Cəlilabadda intihar hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Soltankənd kəndində qeydə alınıb.
Belə ki, 22 yaşlı Raqil İlham oğlu İsgəndərlinin meyiti yaşadığı evin tavanında asılmış vəziyyətdə aşkar olunub. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.