XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 21:54

Bakıda metaləritmə sexi yanıb:2 nəfər xəsarət alıb

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan metaləritmə sexinin ərazisində 10 m2 sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıblar.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.