XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 Noyabr 2015 - 08:30

Səfər Əbiyevin müavininin məhkəməsi təxirə düşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses təxirə salınıb. Buna səbəb şahidlərin məhkəmə prosesində iştirak etməməsi olub.

Məhkəmə prosesi 23-ə qədər təxirə salınıb(Lent.az).

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.