XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 12:02

Türkiyədə lüks avtomobil qaçaqmalçılarına qarşı böyük əməliyyat –Saxlanılanlar arasında məşhur futbolçu da var

Türkiyədə hüquq-mühafizə orqanları lüks avtomobil qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində genişmiqyaslı əməliyyat keçiriblər.

İstanbul Jandarma Komandanlığı tərəfindən bu gün səhər həyata keçirilən əməliyyat zamanı 20 nəfər saxlanılıb.

Saxlanılanlar arasında "Fənərbağça" futbol komandası və Türkiyə milli komandasının oyunçusu Ozan Tufan da var. O. Tufan İstanbul Jandarma Komandanlığının qərargahına aparılıb.

APA