XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 13:24

Prokuror “Elməddin Vasmoyski”yə 8 il həbs cəzası istədi –Məhkəmə prosesi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Elməddin Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə çıxışı edib. O bildirib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar doğru deyil, bu səbəbdən barəsində bəraət hökmü çıxarılmalıdır.

Məhkəmə prosesi mayın 26-da davam edəcək.

Qeyd edək ki, Elməddin Fərzəliyev kriminal aləmdə "Elməddin Vasmoyski” kimi tanınır.