XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 19:56

“Hacıbala Abutalıbov, məndən nə istəyirsən?! – Məhkəmə
Ali Məhkəmənin qərarından apelyasiya şikayəti verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şikayətinə baxılıb.
Bu barədə Modern.az-a aktyor Əbdül Mahmudov məlumat verib.
Onun sözlərinə görə, artıq altıncı məhkəmə qərarıdır ki, Hacıbla Abutalıbovun şikayəti təmin olunmayıb: “çünki məsələ ilə bağlı Ali Məhkəmənin qərarı var. Bu gün bir daha bildirildi ki, məhkəmənin qərarı icra olunmalıdır. Mənə dəyən ziyan ödənilməlidir. Qəribəsi budur ki, rəsmi sərəncamla vəzifə daşıyan adamlar vəzifələrini icra etmirlər. Maraqlıdır, niyə bunlar Hacıbala Abutalıbovdan qorxurlar, səbəb nədir?!
Artıq əlimdə məhkəmə qərarı var, bundan sonra məsələylə hüquqşünaslar məşğul olacaq. Onun əmlakını müsadirə etmək hüququm da var. Sonuna qədər mübarizə aparacağam”.
Aktyor sayt vasitəsilə merə sual ünvanlayıb: “Hacıbala Abutalıbov, məndən nə istəyirsən?! Mənə bu yaşımda niyə əziyyət verirsən?!Yeddi nəfərlik ailəm başına daş tökülərək yaşayır, bunu Allah götürməyəcək!”.
Xatırladaq ki, “Qış Parkı”nın tikintisi zamanı Əbdül Mahmudovun evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov zərər dəyən evi təmir etdirməli, yaxud dəyən ziyanı ödəməlidir.
Qiymətləndirmə şirkətinin evə dəyən ziyanla bağlı qoyduğu qiymət 650 min manat olub. Amma qarşı tərəfin cəhdi ilə rəqəm 180 min manata salınıb. Bunun da 10 min manatı mənəvi ziyanla bağlıdır, qalanı evin bərpası üçün nəzərdə tutulub.