XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2017 - 12:58

Masallıda saxta əsginasla bağlı iki nəfər saxlanılıb –Polis əməliyyatı

Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də Masallı rayonunun Qəriblər kənd sakini Xəlil İmamyarova məxsus mağazaya gələn bir nəfər ərzaq məhsulları alıb 100 manatlıq əsginas verərək ödəniş edib.

Müştərini yola salan satıcı kassadan pulları götürüb iri əsginasları ayıranda oradakı tək 100 manatlıq nədənsə onda şübhə yaradır və onu yoxlayır. Pul saxta idi. Vaxt itirmədən Rayon Polis Şöbəsinə müraciət edir. O, həmin şəxsi tanımasa da,  gedəndə "VAZ-21011" markalı avtomobillə getdiyini görmüşdü.

Dərhal deyilən əlamətlərdə olan maşının saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbilhəsənov şübhəli şəxs qismində saxlanılıblar.

Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha 5 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Trend