XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2017 - 17:50

Gömrükçülər külli miqdarda dərman preparatlarını yandırdı –FOTOLAR

Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı analizlərin nəticəsi əsasında, tələblərə cavab verməyən, qablaşdırılmasında uyğunsuzluqlara yol verilən və ölkə ərazisində dövlət qeydiyyatına alınmayan dərman preparatlarını dövriyyədən çıxarıb.

Strateq.az DGK-ya istinadən xəbər verir ki, Rusiya, Ukrayna və Avropa ölkələrindən "Referans pharmaceuticals", "Radez", "Si Medical", "Zeytun Pharmaceuticals", "Qırxbulaq", "Eco B Tam Xarici İnvestisiyalı", "Trokas pharma və digər firmalar tərəfindən müxtəlif vaxtlarda idxal edilən 6 024 975,73 rubl, 15 339 avro, 92 233,6 ABŞ dolları və 448 türk lirəsi dəyərindəki dərman vasitələri Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda yandırılaraq məhv edilib.