Narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Astara Gömrük idarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib. Yoxlama zamanı onun daxili orqanından – düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63,410 qram narkotik vasitə-heroin və 47,230 qram psixotrop maddə-metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.