XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2017 - 14:30

Bakı sakini otelin 7-ci mərtəbəsindənyıxılaraq ölüb

Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.