XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Noyabr 2015 - 07:37

Xalq artistinə faciə yaşadan keçmiş məmur övladı Ali Məhkəməyə üz tutdu

Xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan Xalid Mədətov Ali Məhkəməyə müraciət edib.

O, X. Mədətov barəsində olan hökmdən kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti əsasında məhkəmə prosesi noyabrın 17-də başlayacaq.

Qeyd edək ki, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106″da olan sərnişinlər – 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən X. Mədətovun verdiyi apellyasiya şikayəti təmin edilməyib.  

X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.

APA