XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

29 May 2017 - 23:53

Direktor sərxoş halda qəza törətdi –Yaralanan var

Qazaxda kənd orta məktəbinin direktoru idarə etdiyi avtomobil ilə qəza törədib.

Hadisə rayonun Xanlıqlar kəndində baş verib.

Rayonun Böyük Cəfərli kənd orta məktəbinin direktoru, Almazov Fazil Hümbət oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobil olarkən qarşıdan gələn digər "VAZ" markalı avtomobil ilə toqquşub.

Nəticədə məktəb direktoru və digər avtomobildə olan sərnişinlərdən biri ağır xəsarət alıb. Onlar Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəyə məktəb direktorunun avtomobili sərxoş halda idarə etməsi səbəb olub.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır/Report.