XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

30 May 2017 - 23:54

Baş Prokurorluq qəbulda intihara cəhd edən köçkünün işini nəzərətə götürdü –Rəsmi açıqlama

Baş Prokurorluq qəbul zamanı intihara cəhd edən Ağdam rayonundan olan məcburi köçkün haqda rəsmi məlumat yayıb.

Bu barədə Strateq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış, Ağdam rayonundan məcburi köçkün Qasımov Mütalib Sarı oğlunun 1 may 2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng edərək bir baş iribuynuzlu heyvanının otlaq sahəsindən oğurlanması barədə müraciəti əsasında Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq bölməsində başlanmış cinayət işi üzrə oğurluqda Ağdam rayonundan məcburi köçkün, hazırda Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış Hüseynov Vilayət Barat oğlundan şübhələndiyini bildirib:

"İş üzrə şahid qismində dindirilməsi məqsədi ilə 10 və 27 may tarixlərində istintaqa rəsmi dəvət edilsə də, V.Hüseynov heç bir səbəb göstərmədən istintaqdan yayınmışdır. Bundan sonra o, mayın 30-da saat 12:55-də Baş Prokurorluğun Qəbul otağının qarşısında üzərinə tez alışan məhlul tökərək alışqanla əynindəki paltarını yandırmış, lakin binanın mühafizəsini və ictimai asayişi həyata keçirən polis əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb.

Təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra V.Hüseynov 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Araşdırmalarla müəyyən edilmişdir ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş və Ağdam rayon məhkəməsinin 1 fevral 2013-cü il tarixli qərarı ilə barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi tədbirləri tətbiq edilməklə Ağdam rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan V.Hüseynov əvvəllər həmin cinayət işinin istintaqından narazı olması ilə bağlı Baş Prokurorluğa müraciət etməmişdir.

Göstərilən xüsusatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək intihara cəhdin baş vermə səbəblərinin araşdırılması barədə konkret tapşırıqlar verilib".