XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 00:57

Ağdaşda qəza –3 nəfər ağır xəsarət aldı

Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün Ağdaş-Ləki avtomobil yolunda qeydə alınıb. Zərdab rayonu, Məmmədqasımlı kənd sakini 1993-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu 61-BA-801 dövlət nömrə nişanlı “VAZ 2103” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü İlham Məmmədov və sərnişinləri, Zərdab rayon sakinləri, 1961-ci il təvəllüdlü Bayramova Mehparə Ayxan qızı, 1995-ci il təvəllüdlü Məmmədova Nuranə Novruz qızı ağır bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onların həyatı xilas olunsa da, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

APA