XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 10:26

Gömrükdə əməliyyat –38 ədəd mobil telefon ələ keçirildi

Gömrükçülər 38 ədəd mobil telefonun Azərbaycana qanunsuz keçirilməsinə imkan verməyib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadə xəbər verir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21 074 " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin ön sağ və sol qanadlarının içərisində gömrük nəzarətindən gizlədilən 28 ədəd Nokia, 10 ədəd Samsung markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 36 ədəd adapter, 19 ədəd qulaqcıq, 34 ədəd qutu və 30 ədəd batareya aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.