XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 18:39

“Özümə söz vermişdim ki, harada tutdum, vuracağam” – Şok cinayət (VİDEO)

Abşeronun Mehdiabad qəsəbəsində qətl hadisəsi baş verib.   ​

1958-ci il təvəllüdlü Təhməz İsmayılov aldığı bıçaq zərbəsi nəticəsində xəstəxanaya çatdırılan zaman yolda ölüb.  

Mehdiabad polis əməkdaşlarının araşdırması nəticəsində qətli 1991-ci il təvəllüdlü Əsgər Sultanovun törətdiyi məlum olub. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yaşlı gənc saxlanılıb.  

Əsgər Sultanov törətdiyi cinayəti etiraf edib. İlkin ifadəsinə görə,  su satışı ilə məşğul olan Təhməz İsmayılov Ə. Sultanovun anasının telefonuna zəng edərək onu narahat edibmiş. Əsgər Sultanov bundan xəbər tutduqdan sonra T. İsmayılovu qəsəbədə olan təkər təmiri servisində tapıb. O, T. İsmayılovun idarə etdiyi avtomobilə minib. Bir qədər yol gedəndən sonra Ə. Sultanov “Bilgəh işıqforu” deyilən yerdə ( 28 may küçəsində) bıçaqla T. İsmayılova zərbə endirib və hadisə yerini tərk edib.  

Saxlanılan şəxs Əsgər Sultanov  daha sonra deyib:

“Oturdum onun maşınına, sürdürdüm. Qorxusundan yolun qırağında saxladı maşını, qırağa da çəkilmədi. Bıçaq həmişə üstümdə olurdu, elə orda  3 dəfə vurdum. özümə söz vermişdim ki, harada tutdum, vuracağam, baxmayacağam ağına-qarasına. Harada qabağıma keçsəydi, vuracaqdım. Ay üstünə bıçaq çəkim, qorxudum-zad yox, birbaşa vuracaqdım. öz maşınında da vurdum elə”.  

Əsgər Sultanov törətdiyi əməldən peşman olmadığını da bildirib: “Hadisədən sonra getdim dəniz qırağına. Bir “paçka” siqaretim var idi, gəzə-gəzə çəkdim. Bıçağı tulladım dənizə, gəldim polis bölməsinə” (Region TV).