XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 13:02

Polis Hadı Rəcəblinin obyektində əməliyyat keçirtdi – 5 nəfər həbs edilib
Polis Lənkəranın “Palıdlı sahil” İstirahət Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 nəfər həbs edilib. Bu barədə istiqlal.az-a Lənkərandakı mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, əməliyyatın movivi bəlli deyil: “Bu barədə rəsmi izahat hələ yoxdur. Təkcə o bəllidir ki, həbs edilənlər gənclərdir. Onlardan biri 2004-cü ildə Ginnesin rekordlar kitabına adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadədir”.
Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord “Ginnesin Rekordlar Kitabına” düşüb. çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.
“Palıdlı sahil” İstirahət Mərkəzi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə məxsudur.