XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2015 - 09:10

Bakıda “general” axtarışa verildi – Polisdən açıqlama

Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

Polisdən həmçinin bildirilib ki, M.Nadirov Bakıda “general” ləqəbi ilə tanınır.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.