XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2017 - 13:03

Gömrük nəzarətindən gizlədilənnarkotik vasitələr aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən narkotik vasitələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə olmaqla, narkotik vasitələr – 68 ədəd həb şəklində, təsiredici maddəsi 2,72 qram təşkil edən metadon və xalis çəkisi 10,352 qram təşkil edən tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.