XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 16:11

İcra başçısının qardaşı qəzada həlak oldu –Cənazəsi Mingəçevirə gətiriləcək

Zərdab rayon icra başçısı Lütvəli Babayevin qardaşı Əliağa Babayev Rusiyada yol qəzasında həyatını itirib.

Strateq.az BakuPost.az-a istinadən xəbər verir ki, Ə.Babayev Novosibirsk şəhərindən 50 kilometr aralıda avtomobil qəzası törədib və dünyasını dəyişib.

Məlumata görə, o, Rusiyada bizneslə məşğul olub. 1978-ci ildən Novosibirskdə yaşayan Əliağa Babayevin cənazəsi iyunun 7-də Mingəçevirə gətiriləcək.

Yada salaq ki, ötən il icra başçısının bacısı və nəvələrinin olduğu avtomobil Ucar rayonu ərazisində yol qəzası tödərib. "Toyota" markalı avtomobillə törədilən qəzada başçının bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər.

İcra başçısının Babaş Babayev adlı qardaşı isə 15 il əvvəl Ağsu aşırımında baş verən ağır qəzada ölüb.

Onun digər qardaşı Hacı Xanəli Babayev isə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Mingəçevir şəhərinin axundudur.